Şirvanda ötən gecə yanğın olub

Şirvanda ötən gecə yanğın olub

Şirvanda ötən gecə yanğın olub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, fevralın 25-dən 26-na keçən gecə saat 04:00 radələrində Şirvan şəhəri M.Əsədov küçəsi döngə 1 ev 4-də 1954-cü il təvəllüdlü Hüseynova Fatma Qubad qızına məxsus olan 3 otaqdan 1 bağlı eyvandan ibarət mənzildə yanğın hadisəsi baş verib.

Evin bağlı eyvanında 32 kvadratmetr yer yanıb. Şirvan şəhər yanğından mühafizə idarəsinin əməkdaşlarının səyi nəticəsində yanğının qarşısı alınıb və hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə