Gürcüstandan Azərbaycana qaçaq yolla kofe gətirilir

Gürcüstandan Azərbaycana qaçaq yolla kofe gətirilir

Ölkənin qərb bölgəsinə Gürcüstan respublikasından sertifikatı olmayan kofe məhsulları gətirilir. SİA-nın bölgə müxbirinə Azad İstehlakçılar Birliyinin Gəncə nümayəndəliyindən məlumat verilib.

Verilən məlumata görə, Qərb bölgəsində Gürcüstandan gətirilən və uyğunluq sertifikatı olmayan kofe satılır. Aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, təkcə son 5 gündə Şəmkir, Tovuz və Gədəbəy rayonlarında belə məhsulların satışı aşkar edilib. Bundan əlavə məhsulların ölkəmizə kimlər tərəfindən gətirildiyi də artıq məlumdur.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə