İstanbuldan Ankaraya hərəkət edən "Türk Hava Yolları"na (THY) məxsus təyyarə motoruna quşun girməsi səbəbilə təcili geri qayıtmalı olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, təyyarə havaya qalxarkən quş dəstəsi ilə toqquşub.
Toqquşma nəticəsində təyyarənin mühərriki zədələndiyindən, hava gəmisi İstanbulda Atatürk hava limanına geri dönməli olub. Bildirilir ki, hadisə nəticəsində 110 sərnişindən heç biri xəsarət almayıb. Sərnişinlər başqa bir təyyarə ilə Ankaraya yola salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB