Bakıda avtobus aşdı

Bu gün səhər saatlarında Bakı Metropoliteninin "Memar Əcəmi" stansiyası yaxınlığında sərnişin avtobusu aşıb. SİA-nın məlumatına görə, baş verən hadisə nəticəsində xəsarət alan olmayıb. Şahidlərin sözlərinə görə, qəza zamanı avtobusda sürücü və bir qadın sərnişin olub.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə