Gəncə şəhərində mühafizə polisi ehtiyatsızlıqdan özünü yaralayıb. SİA-nın bölgə müxbirinin Gəncə şəhər Baş Polis İdarəsindən aldığı məlumata görə, şəhərin banklarından birində mühafizə polisi işləyən Goranboy rayon sakini Rişaq Həsənov ayaq nahiyəsinə ehtiyatsızlıqdan atəş açıb. Dərhal xəstəxanaya qaldırılan yaralının vəziyyəti normaldır.
Faktla bağlı araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB