Paytaxtda yanğın baş verib

Bakı şəhərində yanğın hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və içərisində olan əşyalar qismən 40 kv.m sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 03:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bununla yanaşı Şəki şəhərində də yanğın hadisəsi baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 720 kv.m (hər mərtəbəsi 360 kv.m) olan ikimərtəbəli 10 otaqlı evin ikinci mərtəbədə 1 otağın tavanı 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə