"KamAZ" "VAZ" minik avtomobili ilə toqquşub

"KamAZ" "VAZ" minik avtomobili ilə toqquşub

Bakı şəhəri Xətai rayonunda yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, "Kamaz" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobili ağır deformasiyaya uğrayıb. Xilasedicilər təhlükəsizlik tədbirlərinə riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə avtomobildə sıxılmış vəziyyətdə qalmış 3 nəfər yaralanı çıxardaraq aidiyyəti üzrə təhvil veriblər. Xilasetmə əməliyyatı saat 23:05-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə