Gəlinlik geyimləri yandı

Biləsuvar şəhərində yanğın hasisəsi baş verib. Fövqəladə Hallar Naziriyindən SİA-ya verilən məlumata görə, vətəndaşa məxsus hər mərtəbəsi 375 kv.m olan (1-ci mərtəbəsi ictimai iaşə obyekti, 2-ci mərtəbəsi anbar kimi istifadə olunur) binanın 1-ci mərtəbəsində 4 kv.m sahəyə yığılmış gəlinlik geyimləri yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin, Ağcəbədi rayonu, Səməd Vurğun kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan ərzaq mağazasının dam örtüyünün yanar konstruksiyaları 12 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi və bitişik mağazalar yanğından mühafizə olunub. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə