Gəncə şəhərində narkotik alverçisi həbs olunub. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Gəncə Regional Şöbəsinin rəis müavini Rafael İsmayılovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, 1971 ci il təvəllüdlü Elsəvər Qasımov həbs olunub. O 2 qr-a yaxın narkotik vasitə olan heroini 50 manata şərti alıcıya satarkən tutulub. Hazırda faktla bağlı cinayət işi açılıb araşdırma aparılır.
Qeyd edək ki, həbs olunan şəxs eyni cinayət üzrə əvəllər 2 dəfə məhkumluq həyatı yaşayıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB