Hindistanın paytaxtı Dehlidə 6 yaşlı qız zorlanaraq küçənin ortasına atılıb. Gecə saat 23:00 radələrində küçədə tapılan qız, hazırda xəstəxanın reanimasiya şöbəsində ağır vəziyyətdədir.
Məlumata görə, müayinə zamanı qızın döyülüb, sonra zorlandığı məlum olub. Qızın itməsi barədə isə onun valideynləri bir gün əvvəl polisə məlumat veriblər.
Qeyd edək ki, hazırda Hindistanda azyaşlı və gənc qızların zorlanması ən aktual məsələdir. Ötən il paytaxtda 23 yaşlı tələbənin avtobusda zorlanmasından sonra Hindistanda böyük etirazlar başlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə