Sarvan İlqarı bıçaqladı

Fevralın 18-də Ramana qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. SİA-nın Baş Polis İdarəsinə istinadən verdiyi məlumata görə, qəsəbədə Südçülük sovxozunda yaşayan İlqar Nuriyev yaşadığı ünvanın yaxınlığında döş qəfəsindən aldığı bıçaq xəsarətlərilə 3 saylı xəstəxanaya yerləşdirilib. Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Sarvan Məmmədov fevralın 19-da yaxalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə