Fevralın 6-na keçən gecə Binəqədi qəsəbəsində oğurluq hadisəsi baş verib. Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə,həmin qəsəbədə yaşayan Mehman Rzayevə məxsus "VAZ-2106" markalı avtomobilin üzərindən 4 ədəd təkər oğurlanıb.
Həmçinin, fevralın 14-nə keçən gecə isə Binəqədi qəsəbəsi II mədən, yeni tikilidə Aqil Musayevə məxsus "VAZ-2107" markalı avtomobilin üzərindən 4 ədəd təkər oğurlanıb. Binəqədi Rayon Polis İdarəsi (RPİ) 4-cü Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini Pərviz Ağazadə və Bakı şəhər sakini Seymur Cabbarov fevralın 19-da yaxalanıb.
Bununla yanaşı, Nərimanov RPİ Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər Bakı şəhər sakinləri - Rəfael Süleymanov, Ruslan Əliyev və Tovuz rayon sakini Mətləb Hüseynov fevralın 19-da tutulublar. Məlum olub ki, onlar fevralın 6-da Daş karxanası küçəsində yerləşən, Mənsur Qəmbərova məxsus mağazadan 900 manat, fevralın 17-nə keçən gecə isə Z.Xəlil küçəsində yerləşən Mübariz Tağıyevə məxsus aptekdən 369 manat oğurlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB