Fevralın 1-də G.Qarayev küçəsində oğurluq hadisəsi baş verib. Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Mahir Həsənova məxsus "Mersedes" markalı avtomobilin şüşəsinini sındıraraq 200 manat pul və mobil telefon oğurlayıblar. Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Əliyev fevralın 18-də yaxalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB