Paytaxtda avtomobil yandı

Bakı şəhərində yanğın hadisəsi baş verib.SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, şəhərin Nərimanov rayonunda "Hyundai" markalı minik avtomobilinin qabaq hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə