Yasamalda yanğın baş verib

Bakı şəhərində yanğın hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, şəhərin Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağında ev əşyaları 13 kv.m sahədə yanıb. Yanğından evin qalan hissəsi mühafizə olunub. Yanğın saat 03:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə