Bakı–Qazax yolunda ağır yol qəzası baş verib

Bakı-Qazax yolunun 260-cı kilometrliyində Ucar rayonu ərazisində "Nissan" markalı minik avtomobili ilə "Shaqman" markalı yük avtomobili toqquşub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, deformasiyaya uğramış minik avtomobilinin sürücüsü 1991-ci il təvəllüdlü Məmmədov Elşən Həsənxan oğlu və sərnişinlər 1966-cı il təvəllüdllü Məmmədov Həsənxan Paşa oğlu və 2 nəfər şəxsiyyətləri məlum olmayan qadın aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində həlak olublar.

E.Məmmədov, sərnişin H.Məmmədov və şəxsiyyəti məlum olmayan 1 nəfər qadının meyitləri təhlükəsizlik qaydalarına riayət olunmaqla yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər. Minik avtomobilində olan şəxsiyyəti məlum olmayan 1 nəfər qadın və yük avtomobilinin sürücüsü yanğısöndürən xilasedicilər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən çıxarılıblar

Bütün xəbərlər Facebook səhifəmizdə