Fevralın 15-də saat 23.25 radələrində Goranboy rayonunda partlayış hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verilən məlumata görə, Aşağı Ağcakənd qəsəbəsində, qəsəbə sakini Yasin Hüseynova məxsus evdə təbii qazın sızmasından partlayış olub. Nəticədə evin dam örtüyü, qapı və pəncərələri dağılıb. Ev sahibi və onun qohumu Vüqar Nəbiyev isə yanıq xəsarətləri aldıqlarından xəstəxanaya yerləşdirilib.
Yaralıların vəziyyətləri orta-ağırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB