“Sədərək" ticarət mərkəzində yanğın baş verib

Ötən gecə Bakının Qaradağ rayonunda yerləşən "Sədərək" ticarət mərkəzində yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ticarət mərkəzində elektrik lövhəsi və elektrik kabelləri yanıb. Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunub. Məlumatda bildirilib ki, yaxınlıqdakı mağazalar yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə