İtaliyanın mərkəzində Frozinone vilayətində, paytaxt Romadan 90 km aralıda 4,8 bal gücündə zəlzələ olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə,İtaliyanın Milli geofizika və vulkanologiya institutunun məlumatında bildirilir ki, yeraltı təkanların episentri 10,8 km dərinlikdə qeydə alınıb.
Təkanlar Abrutso vilayətində də hiss olunub. Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB