Dəhşətli qəza sürücü həyatını itirdi

Şəmkir rayon ərazisində yol-nəqliyyat hadisəsi ba. verib. Bakı-Qazax avtomobil yolunun 389-cu kilometrliyində "Mercedes" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, hadisə nəticəsində sürücü 1971-ci il təvəllüdlü Abdullayev Xətai Hamlet oğlu həlak olaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə X.Abdullayevin cəsədini nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil verib, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Əməliyyat saat 22:10-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə