Neftçalada yanğın hadisəsi baş verib

Neftçalada yanğın hadisəsi baş verib

Neftçala rayonunda yanğın hadisəsi baş verib. SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Qaçaqkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyalari və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin, Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 80 kv. m olan emalatxananın içərisində 30 kv. m sahədə parta və taxta məmulatları yanıb. Emalatxanada olan 1 ədəd propan balonu və emalatxana yanğından mühafizə olunub. Yanğın saat 03:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə