Dəhşətli qəzada 1 nəfər həyatını itirdi

Dəhşətli qəzada 1 nəfər həyatını itirdi

Şəmkir rayonunda yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, rayon ərazisində Bakı-Qazax avtomobil yolunun 389-cu kilometrliyində "Mercedes" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Nəticədə, sürücü 1971-ci il təvəllüdlü Abdullayev Xətai Hamlet oğlu həlak olaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə X.Abdullayevin cəsədini nəqliyyat vasitəsindən çıxarıblar. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Əməliyyat saat 22:10-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə