Zaqatalada dəhşətli yanğın

Zaqatala rayonunda yanğın hadisəsi baş verib. SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Danaçı kəndində vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli, 4 otaq və aynabənddən ibarət evin 4 otağının və dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə