Qadınların quldurluğu

Dünən naməlum şəxslər O.Əliyev küçəsində əvvəllər məhkum olunmuş Nurəddin Səmədova bıçaqla hədə-qorxu gələrək 320 manatını alıblar. Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi(RPİ) 23-cü Polis Bölməsi(PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - Flora Hüseynova, Tamilla Məmmədova və Masallı rayon sakini Ofelya Musayeva fevralın 12-də yaxalanıblar.

Həmçinin, fevralın 10-da Şərifzadə küçəsində yerləşən, Ülfət İsgəndərova məxsus mağazadan bir ədəd perferator oğurlanıb. Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Zahid Abdullayev fevralın 12-də yaxalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə