Binəqədi rayonunun Dərnəgül qəsəbəsindəki "Elit" əyləncə mərkəzinin həyətində işçilər arasında mübahisə olub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Bakı şəhər sakinləri Vahid Həsənov, onun qardaşı Vasif, Ağdaş rayon sakini Elvin Rəşidov, Ucar rayon sakini Bahadur Həsənov və Şabran rayon sakini Elnur Sədiyev ilə ticarət mərkəzinin işçiləri İlqar İbrahimov, Əli Mirzəyev və Məftun Qasımov arasında münaqişə baş verib.
Bu zaman Vasif Həsənov bıçaqla Ə.Mirzəyevə və M.Qasımova xəsarət yetirib, İ.İbrahimov isə döyülüb. V.Həsənov Binəqədi RPİ 5-ci PB əməkdaşları tərəfindən tutulub, Vahid Həsənovun, E.Rəşidovun, B.Həsənovun və E.Sadiyevin izahatları alındıqdan sonra buraxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB