20 yaşlı qadın sevgilisini öldürdü

20 yaşlı qadın sevgilisini öldürdü

Şəmkir rayonunda qətl hadisəsi baş verib. Rayonun Mahmudlu kəndində yaşayan 20 yaşlı Qafarova Sədaqət Məhəmməd qızı həmkəndlisi 29 yaşlı Xudiyev Elmar Əli oğlunu qətlə yetirib. Şəmkir rayon Prokurorluğundan SİA-nın qərb bürosuna verilən məlumata görə, Sədaqət Qafarova qeyri-rəsmi yaşadığı Xudiyev Elmarın ürək nahiyəsinə bıçaqla zərbə endirərək onun həyatına son qoyub. İlkin ehtimallara görə qətlə səbəb qısqanclıq olub.

Keçirilən əməliyyatlar nəticəsində qətli törədən şəxs həbs olunub.

Faktla bağlı Azərbycan Respublikası Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, istintaq davam edir.

Qeyd edək ki, mərhum evli idi, 3 övladı var.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə