Bu gün saat 10:30 radələrində Bakının Sabunçu rayonun, Bakıxanov qəsəbəsində 2 sərnişin avtobusunun toqquşması ilə ağır yol qəzası baş verib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qəzada 55 saylı avtobus qarşıdan gələn 185 saylı avtobusla toqquşub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
Hazırda hadisə yerində polis əməkdaşları və təcili yardım həkimləri çalışır. Qəza avtobus sürücülərinin ötmə əməliyyatı aparması nəticəsində baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB