Dəhşətli yanğın hadisəsi baş verib

Dəhşətli yanğın hadisəsi baş verib

Şamaxı rayonunda yanğın hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, rayonun Çuxuryurd kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 360 kv. m (hər mərtəbəsi 180 kv.m ) olan ikimərtəbəli 7 otaq və aynabənddən ibarət kürsülü evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 140 kv. m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bununla yanaşı İsmayıllı şəhərində də yanğın hadisəsi baş verib. Şəhərin Heydər Əliyev prospektində vətəndaşa məxsus ümumi sahəsi 154 kv. m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin dam örtüyünün , 1 otağının və aynabəndinin yanar konstruksiyaları 130 kv. m sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqda olan köməkçi tikili yanğından mühafizə olunub. Yanğın saat 02:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə