Daha bir pilotun meyiti sudan çıxarılıb YENİLƏNİB

Daha bir pilotun meyiti sudan çıxarılıb YENİLƏNİB

Bu gün helikopter qəzasında həlak olan hərbçilərdən daha birinin meyiti sudan çıxarılıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, Bəhruz Zeynalovun meyiti sudan çıxarılıb. Hazırda digər hərbçinin meyitinin axtarışı davam etdirilir.

Qeyd edək ki, bu gün saat 10.30-da Hərbi Hava Qüvvələrinə məxsus helikopter radarlardan itərək "Şıxov" çimərliyi istiqamətində qəzaya uğrayıb. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hərbi helikopterin qəzaya uğraması nəticəsində ekipaj üzvləri - kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə