Azərbaycan Müdafiə Nazirliyi helikopter qəzasında həlak olanlarla bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumatda bildirilir ki, hərbi helikopterin qəzaya uğraması nəticəsində ekipaj üzvləri kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olublar. Rüstəm Rüstəmovun meyidi dənizdən çıxarılıb, digərlərinin tapılması istiqamətində isə axtarışlar davam edir.
Müdafiə Nazirliyi həlak olan zabitlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB