Bakıda qəzaya uğrayan ambulans helikopterində ölən hərbçilərin adları məlum oldu. SİA-nın məlumatına görə, Xəzər dənizə düşən "Mİ-17" markalı helikopterdə 3 nəfər olub. Onlar helikopteri idarə edən Yaşar Əhmədov, mexaniklər Bəhruz Zeynalov və Rüstəm Rüstəmovdur.
Hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri artıq Rüstəm Rüstəmovun meyitini sudan çıxarıblar. Hazırda digər şəxslərin axtarışları davam etdirilir.
Qeyd edək ki, bu gün saat 10.30-da Hərbi Hava Qüvvələrinə məxsus helikopter radarlardan itərək "Şıxov" çimərliyi istiqamətində qəzaya uğrayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB