Bakıda hərbi helikopter dənizə düşüb. Bakı şəhəri yaxınlığında, "Şıx" çimərliyi istiqamətində qəzaya uğramış helikopter Azərbaycan Ordusunun ambulans helikopteri olub.
SİA-nın məlumatına görə, helikopter Bakıdan Kürdəmirə xəstə əsgərləri gətirmək üçün uçurmuş.
Qeyd edək ki, bu gün 10.30-da Hərbi Hava Qüvvələrinə məxsus helikopter radarlardan itərək "Şıxov" çimərliyi istiqamətində qəzaya uğrayıb. Hazırda xilasetmə tədbirləri həyata keçirilir.
Vertolyotda 3 nəfər olub. Onların üçünün də öldüyü ehtimal olunur.
Məlumat üçün bildirək ki, axtarışlar davam edir. Axtarışa Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyinin gəmi və katerləri, habelə helikopterlər cəlb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB