Bakı şəhərində yanğın hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 112 kv.m olan kafenin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Həmçinin, Biləsuvar rayonunun Səmədabad kəndində ikimərtəbəli yaşayış evinin 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan 1 otaqlı mənzilin otağına yığılmış ev əşyaları 24 kv.m sahədə yanmıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB