Bakı şəhərində dəhşətli yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Yasamal rayonunda "OPEL" markalı minik avtomobili yoldan çıxaraq yolun kənarındakı yol ayırıcısına çırpılıb. Hadisə nəticəsində, minik avtomobilinin sürücüsü xəsarət alıb. Lakin sərnişin, 1966-cı il təvəllüdlü Qasımova Nəzirə Zakir qızı hadisə yerində həyatını itirib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını, habelə N.Qasımovanın cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıblar.
Əməliyyat saat 07:44-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB