Paytaxtda gəmi yandı

Bakı şəhərində yanğın hadisəsi baş verib. SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, şəhərin Səbail rayonunda istismara yararsız kəsilməkdə olan ümumi sahəsi 4125 kv.m olan "Siyəzən" dalğıc gəmisinin göyərtəsində yerləşən kayutların yanar konstruksiyaları 230 kv.m sahədə yanıb. Gəminin qalan hissəsi, gəminin göyərtəsində olan 40 ədəd oksigen və propan balonları yanğından mühafizə olunub. Yanğın saat 06:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə