Narkotik və 5 ədəd avtomat gülləsi aşkarlandı

Narkotik və 5 ədəd avtomat gülləsi aşkarlandı

Tərtər rayon Polis Şöbəsinin əməkdaşları uzun müddət axtarışda olan Kəlbəcər rayon sakinini yaxalayıblar. Onun üzərinə və yaşadığı evə baxış keçirilib. SİA-nın Qarabağ bürosunun məlumatına görə, nəticədə əməliyyatçılar 4,05 kiloqram qurudulmuş marixuana və 970 qram tiryək, həmçinin 5 ədəd 5,45 mm kalibrli avtomat gülləsi aşkarlayaraq götürüblər.

Tərtər Rayon Polis Şöbəsi İstintaq Qrupunun müstəntiqi Tural Əlizadənin sözlərinə görə, saxlanılan Səlimov Elxan Fikrət oğlu əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsiniin 177-ci maddəsinin müxtəlif maddələri ilə axtarışda olub. Elxan Səlimovun hazırda təqsirli bilindiyi əməllər üzrə isə Tərtər Rayon Polis Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1, 234.4.3, 206.3.2 maddələri ilə cinayət işi başlanıb.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə