Göygöldə 10 otaqlı ev yandı

Göygöl rayonunda yanğın hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, rayonun Qızılca kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 238 kv.m olan ikimərtəbəli 10 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 178 kv.m sahədə yanıb. Mənzilin birinci mərtəbəsində yerləşən 3 otaq, ev əşyaları və yaxınlıqdakı köməkçi tikililər yanğından mühafizə olunub. Yanğın saat 06:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə