Dəhşətli qəzada 5 nəfər öldü

Dəhşətli qəzada 5 nəfər öldü

Bu gün Salyan rayonunda 5 nəfərin həlak olması ilə nəticələnən dəhşətli yol qəza hadisəsi Ələt-Astara magistral yolunun 55 km-də baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Astara istiqamətində Biləsuvar rayon sakini 30 yaşlı sürücü Rüstəm Bayramovun idarə etdiyi "Mercedes" markalı 90 LK 481 nömrəli avtomobil Salyan rayon sakini 54 yaşlı Rafiq Zahidovun idarə etdiyi "Fiat" markalı 90 AD 369 dövlət nömrə nişanlı maşınla toqquşub. Nəticədə 5 nəfər hadisə yerində həyatını itirib. Ölənlərdən hələlik 1 nəfəri - 5 yaşlı Ayşən Vidadi qızı Əliyevanın kimliyi müəyyənləşib. Qalanların şəxsiyyətinin tanınması istiqamətində iş aparılır. Bundan əlavə 3 nəfər – sürücülər və 35 yaşlı Salyan rayon sakini, dünyasın dəyişən Ayşənin atası Vidadi Əliyev ağır yaralanıb. Salyan Mərkəzi rayon Xəstəxanasına yerləşdirilən yaralıların vəziyyəti hazırda ağır olaraq qalır. İlkin ehtimala görə, hadisə yüksək sürət və ötmə əməliyyatının düzgün aparılmaması səbəbimdən baş verib.

Hazırda faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə