Hacıqabulda yol terroru: 2 nəfər öldü FOTOLAR

Hacıqabulda yol terroru: 2 nəfər öldü FOTOLAR

Bu gün axşam saat 21:20 radələrində Bakı-Qazax yolunun 173-cü kilometrliyində, Hacıqabul rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat qəzası baş verib. SİA-nın Aran bürosunun məlumatına görə, "SHACMAN" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Yaralılar ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasında çatdırılıblar. Hadisə nəticəsində qum ilə dolu yük maşını 7-8 metr hündürlükdəki körpüdən aşıb.

Hadisənin baş verməsində səbəbi kimi yolda körpü tikintisi həyata keçirildiyi üçün hərəkət nişanının səhv qoyulması göstərilir. "Mersedes" markalı avtomobilin sürücüsü ağır yük avtomabilinin yoluna çıxaraq toqquşub. İlkin əldə etdiyimiz məlumata görə, "Mercedes"də olan 5 nəfərdən Abbasov Elşən Fərhad 1977-ci il təvəllüdlü Cəbrayıl sakini, Ağayev Kazım Əliağa oğlu 1962-ci il təvəllüdlü, İbişov Səyyar Cəlal oğlu 1973-cü il təvəllüdlü İmişli sakini ağır yaralanaraq Şirvan mərkəzi xəstəxanasına yerləşdiriliblər. Hadisə zamanı 2 nəfər, hələ ki, kimliyi məlum olmayan şəxslər ölüb.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə