İmişlidə bıçaqlanma hadisəsi olub

İmişlidə bıçaqlanma hadisəsi olub

İmişlidə bıçaqlanma hadisəsi olub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, İmişli rayonunda Heydər Əliyev adına istirahət parkında Qaragüvəndikli kənd sakini 1977 ci il təvəllüdlü Cəfərov İdris Mövsüm oğlu aralarında baş vermiş mübahisə zəminində üzərində olan bıçaqla həmkəndilisi Niftəliyev Vüqar Əli oğlunu vuraraq sağlamlığına zərər yetirib.

Hadisəni törədən İdris əməllərini etiraf edib və peşman olduğunu bildirib.

Yaralı 41 yaşlı Niftəliyev Vüqar isə İmişli rayon mərkəzi xəstəxnasına bədənin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Az Res CM-nin 221.3 maddəsi ilə cinayət işi açılıb araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə