ABŞ-da 30 sərnişin ciddi xəsarət aldı

ABŞ-da 30 sərnişin ciddi xəsarət aldı

Amerikanın (ABŞ) Boston şəhərində 30 sərnişin ciddi xəsarət alıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, buna səbəb ikimərtəbələri avtobusun körpüyə çırpılması olub. Məlumata görə, avtobusda cəmi 42 sərnişin olub, qəza nəticəsində 30 sərnişin xəsarət alıb, 5-nin vəziyyəti isə ağır olaraq qalır. Hadisə ilə bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə