Bu gün səhər saat 08:30 radələrində Nərimanov rayonunda metropoliteninn Nəriman Nərimanov stansiyasının yaxınlığında yerləşən mobil telefonların satışı ilə məşğul olan dükanlardan birində yanğın baş verib.
Hadisə şahidlərinin sözlərinə görə yanğın dərhal yaxınlıqdakı vətəndaşların köməyi ilə söndürülüb.Dükanın böyük bir hissəsi yanğından mühafizə olunub.
İlkin ehtimallara görə yanğın qısaqapanma nəticəsində baş verib. Aidiyyatı qurumlar hadisə yerinə cəlb olunub. Dükana dəymiş ziyan müəyyənləşdirilir. Yanğın zamanı xəsarət alan olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB