Yeniyetmə qəza törətdi və həyatını itirdi FOTOLAR

Yeniyetmə qəza törətdi və həyatını itirdi FOTOLAR

Şirvanda sürücülük hüququ olmayan yeniyetmələr qəza törədiblər. Onlardan biri ölüb, digəri isə ağır yaralanıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bu gün səhər saat 07.00 radələrində Şirvan sakini, sürücülük hüququ olmayan 1999-cu il təvəllüdlü Abdulov Elxan Elşən oğlu atasına məxsus "Mercedes" markalı 90 HD 826 dövlət nömrə nişanlı avtomobili qaçıraraq H.Əliyev prospektində hərəkətdə olarkən idarəetməni itirib və sürətlə ağaca çırpılıb.

Nəticədə "sürücü" 1999-cu il təvəllüdlü Abdulov Elxan Elşən oğlu hadisə yerində ölüb. 1997-ci i təvəllüdlü Məmmədov Cəbrayıl Vüqar oğlu isə açıq kəllə-beyin travması alaraq ağır vəziyyətdə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yaralını və meyiti avtomobildən FHN əməkdaşları çıxarıb.

Faktla bağlı Şirvan şəhər polis şöbəsi tərəfindən araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə