Zəhərli niyyətləri baş tutmadı

Zəhərli niyyətləri baş tutmadı

Sabunçu Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və Narkomaniya ilə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri axtarış əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri - Ramilə Bağırova, Habil Babayev və Azər Bağırov 0,381 qram heroini satmaq istəyərkən yaxalanıblar. Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, üzərilərinə baxış keçirilən zaman R.Bağırovadan 0,369 qram, H.Babayevdən 2,098 qram və A.Bağırovdan 2,158 qram heroin aşkar olunaraq götürülüb.

Bununla yanaşı Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Əli Hüseynovdan 100 qramdan artıq marixuana aşkar olunaraq götürülüb.

Həmçinin, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Hafiz Ağaverdiyevdən 0,53 qram marixuana aşkar olunub. Ona narkotik maddəni satan, əvvəllər məhkum olunmuş Abdul Çopurov yaxalanaraq və ondan 6,20 qram marixuana aşkar olunaraq götürülüb.

Daha sonra A.Çopurova narkotik maddə satan Babək Əliyev tutularaq və ondan 6,38 qram marixana aşkar olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə