Azərbaycanlı Rüfət Nəsibovun və gürcü Astamur Qulinin qətlinin "Ded Xasan"ın öldürülməsi ilə əlaqəli olduğu bildirilir
Moskva şəhərində azərbaycanlı kriminal avtoritet Rüfət Nəsibov (Gəncəli Rafo) öldürülüb.Məlumatı Rusiya mətbuatı yayıb. Bildirilir ki, Nəsibov 28 yanvardan 29-na keçən gecə öldürülsə də onun cəsədini tapmaq mümkün olmayıb. Qətlin motivləri haqda dəqiq məlumat verilmir. Rüfət Nəsibovun bu yaxınlarda öldürülmüş "Ded Xasan"ın qətlindən sonra qisas məqsədilə öldürüldüyü də ehtimal edilir.
Qeyd edək ki, bir qədər əvvəl Suxumidə digər kriminal avtoritet Astamur Qulinin də "Ded Xasan"ın öldürülməsində əli olanlardan intiqam alınması məqsədilə qətlə yetirildiyi bildirilirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB