Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosunun hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Kürsəngi-Varlı yolunda baş verən hadisə nəticəsində Şirvan şəhər sakini Yusibov Rəşad Zamin oğluna məxsus 10 NJ 114 dövlət nömrə nişanlı İNFİNİTİ markalı minik avtomobili idarəetməni itirərək yoldan çıxıb və yolun kənarından keçən Şor kanalına düşüb.
Salyan rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları hadisə yerində araşdırmalara başlayıblar. Maşın sudan çıxarılıb. Hələlik təkcə sürücünün cəsədi aşkarlnıb. Maşında başqa sərnişinlərin olub-olmadığını aşkara çıxarmaq üçün istintaq qrupu axtarış-əməliyyat tədbirləri həyata keçirir.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB