Sabirabadda ağır yol qəzası

Sabirabadda ağır yol qəzası baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Sabirabad rayonunda baş verən avtoqəzada 3 maşın toqquşub 4 nəfər xəsarət alıb. Heydər Əliyev prosbektində rayon sakini, 18 yaşlı Ələkbərzadə Aqil Tarverdi oğlu yüksək sürətlə VAZ 21015 markalı aftomaşınla hərəkət edən zaman idarəetməni itirərək qarşıdan gələn Vaz 2106 markalı avtomaşının yoluna çıxaraq toqquşub. VAZ 2106-nın sürücüsü 51 yaşlı Əliyev İxtiyar Müseyib oğlu zərbənin nəticəsində yolun kənarında duran Cəfərov Zaur Yunus oğlunun VAZ 2107 markalı avtomaşınına çırpılıb.

Nəticədə Vaz 21015 markalı avtomaşının sürücüsü Ələkbərzadə Aqil, sərnişinlər 19 yaşlı Əliyev Ramil Behbud oğlu və 22 yaşlı Əsgərov Elnur Tahir oğlu, Vaz 2106 markalı avtomaşının sürücüsü Əliyev İxtiyar muxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə