Sui-qəsd faktı üzrə cinayət işi açılıb

Sui-qəsd faktı üzrə cinayət işi açılıb

Ermənistanda prezidentliyə namizəd Paruyr Ayrikyana qarşı sui-qəsd faktı üzrə cinayət işi açılıb. SİA-nın xəbərinə görə, bu barədə ARKA agentliyinə polisin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aşot Aqaronyan bildirib. Ermənistanda prezident seçkiləri namizədə qarşı sui-qəsd olunmasına görə təxirə salına bilər. Bunu isə Ermənistan parlamentinin sədri Ovik Abramyan deyib.

Aqaronyan bildirib ki, iİş Ermənistan Cinayət Məcəlləsinin 34-305-ci maddəsi üzrə (dövlət, siyasi və ya ictimai xadimin onun fəaliyyətinin dayandırılması məqsədilə öldürülməsinə qəsd, on ildən on beş ilədək və ya ömürlük azadlıqdamn məhrumetmə ilə cəzalandırılır) qaldırılıb: "Birgə operativ-istintaq qrupu yaradılıb. Qrupa Polisin və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları daxildir. İş MTX-nin icraatındadır".

Qeyd edək ki, Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyana qarşı sui-qəsd olunub. İnsident Yerevanın mərkəzində, onun valideynlərinin evinin yerləşdiyi Tpaqriçneri küçəsində baş verib. Həkimlər zərrəçəkənin vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Ayrikyan Ermənistan prezidentliyinə dördüncü dəfədir namizədliyini irəli sürür. Buna qədər o, 1991-ci, 1998-ci, 2003-cü illərdə seçkilərdə iştirak edib. Bu günlərdə namizəd prezidentliyə digər namizəd Andrias Qukasyanın analoji aksiyasının dəstəkləyərək üç günlük aclıq aksiyası keçirib.

Bu günlərdə MSK-da qeydiyyata alınmış səkkiz namizəddən üçü - Papuyr Ayrikyan, Raffi Ovanissyan və Qrant Baqratyan birgə bəyanat yayaraq hakimiyyətə qarşı bir sıra tələblər irəli sürüblər. Onlar son altı ayda Ermənistanın hüdudlarından kənarda yaşayan və səs vermək imkanına malik olmayan ölkə vətəndaşlarının siyahısının dərc edilməsinə çağırıblar. Bilavasitə seçkilərdə iştirak edənlərin siyahısından ayrıca belə siyahıların təqdim olunması, üç namizədin fikrincə, bülletenlərin qutuya kütləvi atılması hallarının qarşısını almağa kömək edəcək.

Ermənistanda prezident seçkiləri 2013-cü il fevralın 18-də keçiriləcək. Ermənistan prezidenti postu uğrunda Ermənistanın indiki Prezidenti Serj Sarkisyan, keçmiş Baş nazir, Azadlıq Partiyasının lideri Qrant Baqratyan, XİN-in keçmiş rəhbəri, İrs Partiyasının İdarə Heyətinin sədri Raffi Ovannisyan, Paruyr Ayrikyan, Arman Məlikyan, Andreas Qukasyan, Vardan Sedrakyan, Milli Həmrəylik Partiyasının lideri Aram Arutyunyan mübarizə aparırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə