Yeməkxana yanıb

Gədəbəy rayonu, Söyüdlü kəndində vətəndaşa məxsus ümumi sahəsi 165 kv.m olan birmərtəbəli yeməkxananın dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə