Türkiyədə sərnişin təyyarəsini ildırım vurub

Türkiyədə sərnişin təyyarəsini ildırım vurub

"Türk Hava Yolları"nın Beyrut-İstanbul reysini həyata keçirən təyyarəsini ildırım vurub. "CNN Turk" telekanalının məlumatına görə ildırım göyərtəsində 75 sərnişin olan təyyarəni havaya qalxdıqdan az sonra vurub. Təyyarə Beyruta qayıtmağa məcbur olub.

Qeyd edək ki, bu son vaxtlar "Türk Hava Yolları"nın ildırım vuran üçüncü təyyarəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə